AzIS Qiymətləndirmə və Konsalting Şirkəti
PDF Print E-mail

«Azintellektservis» şirkəti - əsasən üç istiqamətdə işgüzar xidmət göstərən çoxprofilli konsaltinq şirkətidir. Bu xidmət növləri aşağıdakılardan ibarətdir:

 

  • Qiymətləndirmə
  • Marketinq
  • Konsaltinq


Qiymətləndirmə

 

Bu gün Azərbaycanda haradakı qiymətləndirmə fəaliyyəti bazar infrastrukturunun müstəqil bir qolluna çevrilmişdir, bu cür məsuliyyətli işin, yəni əmlakın qiymətləndirilməsi işinin aparılıması üçün bu sahə üzrə mütəxəssisin çağırılması ilə bağlı çətin ki, kimsə ciddi surətdə iddia qaldırsın.

Məhz bu cür mütəxəssislər bizim şirkətdə çalışır, belə ki, əmlakın qiymətləndirilməsi uzun illər boyu şirkətin əsas fəaliyyət istiqamətlərdən biri olaraq qalır və bir çox mütəxəssislər də 1996-cı ildən başlayaraq bu sahədə böyük təcrübə toplamışlar.

Ötən dövr ərzində şirkətimiz Azərbaycanın müxtəlif rayonlarında qiymətləndirmənin aparılması ilə bağlı  unikal təcrübə toplamışlar. Buna da əsasən üç əsas faktorun ustalıqla bir birinə ahəgdar olaraq bağlılığı sayəsində nail olunmuşdur: bunlar - müştərilər tərəfindən bizə göstərilən etimad, mütəxəssislərimizin peşəkarlığı, şirkətin ölçülüb-biçilmiş qiymət siyasətidir.

 

«Azintellektservis» şirkətinin qiymətləndirmə üzrə kompleks xidmət fəaliyyətinin əsas istiqamətləri aşağıdakılardır:

 

  • Biznes və aksiyaların qiymətləndirilməsi
  • İstehsalat üzrə daşnmaz əmlakın qiymətləndirilməsi
  • Kommersiya üzrə daşınmaz əmlakın qiymətləndirilməsi
  • Yaşayış üzrə daşnmaz əmlakın qiymətləndirilməsi
  • Avadanlığın qiymətləndirilməsi
  • Torpaq sahələrinin qiymətləndirilməsi
  • Anbar və terminalların qiymətləndirilməsi
  • İdman obyektlərinin, istirahət mərkəzlərinin, evlərin, bazaların  qiymətləndirilməsi
  • Girovun dəyərinin ədalətli olaraq qiymətləndirilməsi
  • Smeta hesabatlarının həm baza və cari qiymətlərlə tərtib olunması

 

Bu günkü gün necə ki, Respublikada müasir dünya biznesinə müvəffəqiyyətlə inteqrasiya olunması faktoru kimi - mühasibat uçotu və hesabatlarının beynəlxalq prinsiplərinə keçid məsələləri kəskin surətdə qalxır, peşəkar qiymətləndiricinin rolu da kəskin surətdə genişlənir, belə ki, bununla da bazar və ya ədalətli dəyərin (Standart 16, MSFO) düzgün olaraq müəyyən edilməsi imkanı da əldə olunur. Burada da biz həmçinin xidmətlərimizi göstərməyə hazırıq.

«Azintellektservis» qiymətləndirmə şirkəti qismində Azərbaycan Respublikasının İpoteka Fondunda akkreditasiya olunmuşdur.

Marketinq

 

Marketinq bazar maraqlarına istiqamətlənərək, tələbatçıların arzu və istəkləri prioritetinə əsaslanır. Mənfəətin əldə olunmasına aparan ən kiçik yol imkan daxilində alıcının əsl istək və tələbatının nədən ibarət olduğun biləndən sonra istehsalçı üçün qazanc əldə etmək məqsədi saxlanılmaqla onların tələbatını ödəməkdir.

Bu günkü gün qazanc əldə etmək o zaman mümkündür ki, tələbatçının ehtiyacını maksimal şəkildə olaraq ödəyə biləsən. Marketinq alətindən düzgün istifadə mal və xidmət üzrə istehsalçıya bu məsələlərin həll olunmasına imkan verir: yəni, onun potensial alıcısı kim ola bilər, hansı məhsul və xidmətə hal-hazırkı dövrdə tələbat böyükdür, habelə gələcəkdə də ona olan təlabatın mümkünlüyünü qabaqcadan müəyyən etmək, məhsulların çatdırılması və tələbatçıya xidmətin göstərilməsi ilə bağlı optimal kanalların araşdırılması və s.

«Azerintellektservis» şirkətinin əsas fəaliyyət istiqaməti aşağıdakılardır:

 

  • Marketinq planlaşdırılması
  • Marketinq tədqiqatı

 

Konsaltinq

 

«Azerintellektservis» şirkətinin konsultasiya biznesi özündə daşınmaz əmlak iqtisadiyyatı üzrə investisiya layihələrinin işlənib-hazırlanmasını, habelə daşınmaz əmlakın idarə olunması məsələləri ilə bağlı müştərilərə ölçülüb-biçilmiş, əsaslandırılmış tövsiyyələrin verilməsini birləşdirir.

Amma biz bu konsaltinq işini aparan zaman müştərilərə biznes barədə necə deyərlər dərs keçmək firkrində deyilik. Bizim müştəri ilə münasibətlərimiz müəllim- şagird münasibətləri olmayıb, ümümi məqsədlərə çatmaq məqsədilə konstuktiv dialoq xarakteri daşıyır.

Muştərilərlə qarşılıqlı etimad üzərində qurulan bu cür dialoqlar prosesində konsultantların və müştəri şirkətlərin bilik və təcrübəsini biz bir araya gətiririk. Bunun nəticəsində ortaya çıxan səmərəlilik müəssisədə pozitiv dəyişikliklərin əldə olunmasına  imkan  yaradır və onları daha səmərəli və rəqabətqabiliyyətli edir.

Bu işlər bizim investora imkan verir ki, araşdırılan daşınmaz əmlak obyekti ilə yəni, binalarla, kompleks binalarla, torpaq sahələri ilə, başa çatmamış tikililərlə bağlı investisiya məsələlərini səmərəli və əsaslandırılmış surətdə həll etsin.

 

«Azintellektservis» şirkətinin kompleks şəklindəki konsaltinq xidmələrinin əsas fəaliyyət istiqaməti aşağıdakılardır:

  •  
  • İnvestisiya layihələrinin hazırlanması və konsultasiyalar:
  • İnvestisiya layihələrinin səmərəliliyinin təhlili;
  • Biznes-planların işlənib hazırlanması;
  • İnvestisiya layihələrinin maliyyə baxımından əsaslandırılması;
  • Əmlakdan daha səmərəli istifadə olunmasının təhlili;
  • Digər təşkilatlar tərəfindən yerinə yetirilən layihələrin ekspertiza olunması.